
Çəkiliş
“Azersüd ayranı ilə yaya ritm qatdıq – Media Balansdan enerjili reklam çarxı”
Azersüd ayranı üçün hazırladığımız reklam çarxında enerji dolu rəqs və ritm ilə yay fəslinə daxil olduq. Media Balans komandasının müəllifi olduğu bu reklam çarxında ideya və çəkilişdən tutmuş sosial media kommunikasiyasınadək bütün işlər komandamızın öhdəliyində idi. Murad Arifin sevilən mahnısı ilə bir araya gətirdiyimiz jingle bir çoxlarının qısa zamanda dilinə düşdü.
