Çəkiliş

Gələcəyin Əyləncəsi: HADO Reklam Çarxı Dream Əyləncə Mərkəzində

Azərbaycanın ilk interaktiv AR döyüş oyunu HADO üçün Dream Əyləncə Mərkəzində çəkdiyimiz reklam çarxı ilə izləyicilərə gələcəyin əyləncəsini hiss etdirdik. Çəkiliş komandamız, texnologiya və həyəcanı bir araya gətirən bu layihədə oyunun dinamikasını və real zamanlı hərəkətliliyi kreativ vizual həllərlə təqdim etdi. Çəkilişdə istifadə olunan FPV dronlardan tutmuş, montaj texnikalarına qədər hər detal fərqli bir oyun hissini yaşatmaq üçün planlandı.