





Brendinq
“Yeni Üfüqlərə Doğru”: Biznesin İdarəçiliyi Forumuna Media Balans-dan Kreativ Toxunuş
Kreativ komandamız SAT groupun yeni forumunu kreativliyi ilə yeni üfüqlərə daşıdı! Ölkəmizdə yeddinci dəfə keçirilən Biznesin İdarəçiliyi Forumu ölkənin biznes, marketinq və s. sahələri üzrə peşəkarları bir araya topladı və bu forumun kommunikasiya materiallarının müəllifi isə Media Balans-ın kreativ komandası oldu. "Yeni üfüqlərə" şüarı ilə vizuallarda gələcəyə olan inamı və texnoloji innovasiyalara toxunuşlar etdik. Vizual konsept üfüq xəttindən ilhamlanaraq formalaşdırıldı. Üfüq xətti gələcək perspektivləri, aydın baxış açısını, dayanıqlı idarəetməni və geniş düşüncə imkanlarını simvollaşdırır və forumun iştirakçılarını qarşıda gözləyən yeni imkanlara doğru addımlamağa, bizneslərini geniş və dayanıqlı perspektivlə idarə etməyə təşviq edir. Forum 3 paneldən ibarət olub hər panel fərqli bir üfüqü təmsil edirdi.





