Ölkəmizdə keçirilmiş COP29 tədbirindən 1 il ötür. COP29 Azərbaycanın qlobal səviyyədə ən böyük ekoloji və iqlim tədbirlərindən biri kimi tarixə düşdü. Azersun Holding bu tədbirin üç əsas sponsorundan biri olaraq Sustainable Growth Partner statusu ilə iştirak edərkən, Media Balans bu missiyanın kommunikasiya, dizayn, event və rəqəmsal idarəetmə tərəfini öz üzərinə götürdü.
Tərəfdaşlığın əsasında üç məqsəd dayanırdı:
- Davamlılıq
- İnnovasiya
- İnkişaf yönümlü brend təcrübəsi
Media Balans Azersun Holding-i bir neçə istiqamətdə dəstəklədi:
- Layihənin idarə olunması
- İdeya və kreativ həllər
- Çəkiliş
- WEB
- Rəqəmsal marketinq
Layihənin idarə olunması
Noyabr ayında keçirilən COP29 tədbirinə hazırlıqlar üçün Media Balans komandası 4 ay əvvəlcədən işlərə başladı. Bu müddətdə FABA, DMG Events, Sustainera Solutions, Qarabağ FK, Azersun və digər tərəfdaşlarla ümumilikdə 72 oflayn və onlayn görüş keçirildi.
Azersun Holding-in COP29-da iştirakında Media Balansın rolu əhəmiyyətli idi. Logistika, akkreditasiyalar, promoter idarəçiliyi, promo məhsulların hazırlanması, koordinasiya, pavilyonun qurulması, qonaqların vizası və uçuşları, transferlər, Bakı turu kimi bütün təşkilati məsələlər Media Balans tərəfindən həyata keçirildi.
Tədbir çərçivəsində 1-i Mavi Zona, 4-ü Yaşıl Zona və 40-ı Azersun Holding pavilyonunda olmaqla ümumilikdə 45 tədbir keçirildi və onların idarəçiliyi Media Balans tərəfindən təmin olundu.
4 ay
Hazırlıq
72
İclas
İdeya / Kreativ
Media Balans tərəfindən sıfırdan dizayn edilərək inşa edilən 300 m²-lik Azersun Holding pavilyonu COP29-un ən funksional və yüksəktrafikli pavilyonlarından birinə çevrildi. Pavilyonda əsas foyer, 40 nəfərlik təqdimat otağı, 10 nəfərlik iclas otağı, FABA innovasiya zonası, səhnəarxas və texniki sahə mövcud idi.
Ziyarətçilər pavilyonda: • Eco19 tətbiqinin beta versiyasını test edə; • EcoNar platformasının interaktiv modellərini sınaqdan keçirə; • Süni intellektlə hazırlanmış 3 VR animasiyasını izləyə bilirdilər.
Bundan əlavə, Media Balans dizayn komandası COP29 üçün xüsusi ekoloji promo məhsullar hazırladı:
• Ekoloji çanta
• Ekoloji dəftər
• Toxumlu qələm və toxum kartı
• 200 qramlıq Azerçay çay paketi
• Dreamland Herbal Garden təbii efir yağı
Hər biri həm pavilyon estetikasına, həm də COP29 davamlılıq mesajına uyğun dizayn edilmişdi. Bu promo bağlamalar ümumilikdə qeydiyyata alınmış 5500 nəfərə paylandı.
Bunlarla yanaşı xüsusi qonaqlara təqdim olunması üçün yenə Media Balans tərəfindən dizayn edilmiş 100 ədəd Azerçay VIP hədiyyəsi hazırlandı
5500
Promo hədiyyəsi
300 m2
Pavilyon sahəsi
Hər biri həm pavilyon estetikasına, həm də COP29 davamlılıq mesajına uyğun dizayn edilmişdi. Bu promo bağlamalar ümumilikdə qeydiyyata alınmış 5500 nəfərə paylandı. Bunlarla yanaşı xüsusi qonaqlara təqdim olunması üçün yenə Media Balans tərəfindən dizayn edilmiş 100 ədəd Azerçay VIP hədiyyəsi hazırlandı
Çəkiliş
Media Balansın çəkiliş komandasının gördüyü iş Azersun Holding-in COP29 tədbirindəki iştirakını işıqlandırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Komanda tərəfindən Azersun Holding pavilyonunda, Yaşıl Zona və Mavi Zonada təşkil olunmuş ümumilikdə 45 Azersun Holding tədbirinin video və foto çəkilişi, icmalların hazırlanması həyata keçirildi.
Çəkiliş komandası bu çəkilişlərdən olan materialları operativ şəkildə tədbirlərlə eyni gün ərzində düzəliş və montaj işlərini aparıb Azersun Holding-in PR komandasına ictimaiyət ilə paylaşması üçün təqdim edirdi.
COP29 Azersun Holding pavilyonunda tədbirlərlə yanaşı 23 fərqli mövzuda podkast yayımları da qeydə alındı. Media Balans komandasının moderatorluğu ilə baş tutan bu podkast yayımlarına dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən irihəcmli şirkətlərdən nüfuzlu şəxslər qonaq olub dayanıqlı inkişaf ilə bağlı öz fikirlərini ifadə etdi və moderatorların suallarını cavablandırdı.
23
Podkast
45
Tədbir
WEB
Media Balansın WEB Development komandası da COP29 tədbirində lazımi mövzularda öz operativ dəstəyini göstərdi. Öncəliklə Azersun Holding-in rəsmi saytında COP29 üçün xüsusi səhifə yaradıldı. Səhifədə yerləşdirilən təqvim aktual tədbirlərə əsasən hər gün yenilənirdi. Təqvim sayəsində ziyarətçilər pavilyonda, Yaşıl Zona və Mavi Zonada keçiriləcək tədbirlərin saatı, mövzuları, moderatorlar və spikerlər barədə ətraflı məlumat əldə edə bilirdi.
Həmçinin tədbirdə iştirak edə bilməyən izləyicilər üçün isə saytda canlı yayım keçidi yerləşdirildi. Canlı yayım tuşuna klik etdikdə tədbir canlı yayım formatında izlənə bilirdi.
Rəqəmsal marketinq
Media Balansın rəqəmsal marketinq komandası həm tədbir öncəsi, həm də tədbir zamanı tam heyətlə Azersun Holding-i dəstəklədi.
COP29 üçün yeni rəqəmsal marketinq strategiyası hazırlandı və tədbir boyunca pavilyondan real-time paylaşımlar (story, canlı yayımlar, postlar, podkastlar) həyata keçirildi. YouTube, Facebook və Instagram üzrə xüsusi hədəfləmə strategiyası yaradıldı, reklam kampaniyaları idarə edildi və büdcə optimallaşdırıldı.
Artıq bu əvəzsiz təcrübənin üzərindən 1 il keçir. Bu gün Media Balans və Azersun Holding-in COP29-da qurduğu əməkdaşlıq yalnız uğurlu bir layihə kimi deyil, həm də Azərbaycanın davamlı gələcəyi üçün atılmış real bir addım kimi dəyərləndirilir. Bir il əvvəl formalaşan bu tərəfdaşlıq Media Balans üçün böyük təcrübə, Azersun Holding üçün isə güclü kommunikasiya platforması yaratdı. Hekayəmiz davam edəcək…
2450 $
Ad budget
860,519
Youtube unique user
653,499
Meta reach

Artıq bu əvəzsiz təcrübənin üzərindən 1 il keçir.
Bu gün Media Balans və Azersun Holdingin COP29-da qurduğu əməkdaşlıq yalnız uğurlu bir layihə kimi deyil, həm də Azərbaycanın davamlı gələcəyi üçün atılmış real addım kimi dəyərləndirilir. Bir il əvvəl qurulan bu tərəfdaşlıq Media Balans üçün böyük təcrübə, Azersun Holding üçün isə güclü kommunikasiya platforması yaratdı.




























